Bakıda qadın sürücü ağır qəzaya səbəb olu - 2 nəfər xəsarət aldı - VİDEO

27
okt
2019
12:15
Bakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi zamanı iki nəfər xəsarət alıb.BAKU.WS APA TV-yə istinadla xəbər verir ki, hadisə şəhərin Həsən Əliyev küçəsi, 17 ünvanında qeydə alınıb.Belə ki, 1992-ci il təvəllüdlü Əzizova Rəhimə Zamiq qızı idarə etdiyi “KİA” markalı avtomobillə yol kəsişməsində hərəkətdə olan “Nissan” markalı avtomobilə çırpılıb.Hadisə şahidlərinin verdiyi məlumata görə, bu zaman işıqfor işləməyib.Qəza nəticəsində R.Əzizova və “Nissan”ın sürücüsü, 1991-ci il təvəllüdlü Səmədov Behzad Qubad oğlu xəsarət alaraq 1 saylı şəhər xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyətinin ağır olduğu bildirilir.Hadisə ilə bağlı əraziyə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.
Oxşar xəbərlər
Bakıda zəncirvari qəza - 1 nəfər xəsarət aldı - VİDEO
Yasamal rayonunda 3 avtomobil toqquşub.BAKU.WS APA-ya istinadla xəbər verir ki, hadisə “20 yanvar dairəsi” kimi tanınan ərazidə qeydə alınıb. Belə ki, “Mercedes...
