Bakıda qadın qatarın altında qalaraq ölüb

Bakıda qadın qatarın altında qalaraq ölüb
Hadisə 227

Bakıda qadın dəmiryol qatarının altında qalaraq ölüb.

Bu barədə BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

FHN-in "112" qaynar telefon xəttinə Bakı şəhərinin Qaradağ rayonunda dəmir yolu xəttində qadın meyitinin qatarın altında qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Həyata keçirilən tədbirlər nəticəsində meyit vaqonun altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər