Bakıda qadın polis bölməsinin həyətində ərini bıçaqlayıb
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda bıçaqlanma hadisəsi baş verib.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, hadisə Xətai Rayon Polis İdarəsinin 34-cü polis bölməsinin həyətində qeydə alınıb.
Belə ki, həyat yoldaşı N.J tərəfindən övladları ilə görüşməyə icazə verilməyən 1988-ci il təvvəlüdlü N.H. adlı şəxs hündürmərtəbəli binanın damına çıxaraq intihar etmək istəyini nümayiş etdirib.
Lakin hüquq mühafizə orqanlarının əməkdaşları onu fikrindən daşındıra bilib və polis bölməsinə aparıblar.
Daha sonra 34-cü polis bölməsinin həyətində N.H ilə həyat yoldaşı arasında mübahisə düşüb. Nəticədə qadın üzərində gəzdirdiyi bıçaqla ona kürək nahiyəsindən xəsarət yetirib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Azərbaycanda qayınata gəlininə təcavüz etdi: "Zorla taxtın üzərinə oturdub..." - TƏFƏRRÜAT
Balakən rayonunda 1961-ci il təvəllüdlü Teymur Borboşov 2003-cü il təvəllüdlü gəlini Leylaya (ad şərti verilib - red.) təcavüz edib. BAKU.WS “teleqraf.com”a ist...