Bakıda qadın özünü hündürmərtəbəli binadan atmaq istədi
Bu gün paytaxtın Binəqədi rayonunda Nübar Kişiyeva hündürmərtəbəli yaşayış binlarının birindən ictimai diqqəti üzərinə yönəltmək üçün intihara cəhd göstərib.
Bu barədə Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, qadının intihara cəhdin qarşısı ərazidə xidmət aparan Əlahiddə Çevik Polis Alayı və Fövqaladə Hallar Nazirliyinin müvafiq xidmətinin əməkdaşları tərəfindən alınaraq, Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinə təhvil verilib:
“Bölmədə onunla profilaktiki söhbətlər aparılıb”.
Məlumatda vurğulanır ki, N.Kişiyevanın ətrafında aparılan araşdırma zamanı onun intihara cəhd etməsinə səbəb, polislə yox, tikinti şirkətlərindən biri ilə aralarında yaranan mənzil mübahisəsinin məhkəmə iddiası ilə bağlıdır.
Oxşar xəbərlər
Bakıda kütləvi intihara cəhd – 6 nəfər eyni anda...
Paytaxtın Xətai rayonunda kütləvi intihara cəhdin qarşısı alınıb.Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, altı nəfər q...