Bakıda qadın narkotiklə tutuldu
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat tədbirləri keçirilib.
Daxili İşlər Nazirliyindən BAKU.WS-ə verilən xəbərə görə, Binəqədi rayon Polis İdarəsinin 40-cı və 5-ci polis bölmələri əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri ilə Bakı şəhər sakini S.Tağıyeva saxlanılıb. Ondan metamfetamin aşkar olunaraq götürülüb.
Polis əməkdaşları tərəfindən narkotik vasitəni ona satmaqda şübhəli bilinən paytaxt sakini Bahadur Vəliyev də müəyyən olunaraq saxlanılıb. Ondan çəkisi 2 kiloqram 65 qram marixuana götürülüb.Davam etdirilən tədbirlərlə B.Vəliyevə narkotik vasitəni satmaqda şübhəli bilinən Xırdalan şəhər sakini Nurlan Tağıyev də müəyyən olunaraq saxlanılıb. Ondan 2 kiloqram 167 qram marixuana, yaşadığı evə baxış zamanı isə 13 qramdan artıq heroin, 20 qrama yaxın metamfetamin və metadon həbi aşkar olunaraq götürülüb.
Araşdırma aparılır.
Oxşar xəbərlər
Polis əməliyyatlar keçirib, daha 21 nəfər saxlanılıb - VİDEO
Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsini və qaçaq...