Bakıda qadın evə silahlı basqın edib
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda qadın evə silahlı basqın edib.
Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Qeyd edilib ki, Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinə müraciət edən paytaxt sakini olan bir qadın oktyabrın 6-da günorta saatlarında Binəqədi qəsəbəsindəki yaşadığı evin həyətində naməlum şəxsin olmasını, daha sonra evə daxil olaraq bıçaqla onun üzərinə gəlməsini və kömək çağırmaq üçün çölə qaçdıqda həmin şəxsin evdə olan 400 manat pulu və mobil telefonu talayıb aparmasını bildirib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Röya Həsənova müəyyən olunaraq saxlanılıb.
Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.
Oxşar xəbərlər
Adam oğrularının şok əməlləri: "Telefonu açıq qoydum ki, arvadım eşitsin..." - TƏFƏRRÜAT
Azərbaycanda adam oğurluğunda ittiham olunan 1988-ci il təvəllüdlü Anar, 1989-cu il təvəllüdlü Yavər və 1996-cı il təvəllüdlü Eşqinin cinayət işi üzrə məhkəmə p...