Bakıda qadın ətçəkən mikserə düşərək ölüb
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda qadın ətçəkən mikserə düşərək ölüb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Qaradağ rayonu ərazisində yerləşən sexlərin birində baş verib.
Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, Qaradağ rayonu ərazisində yerləşən ət kəsim sexlərindən birində xadimə işləyən 1982-ci il təvəllüdlü Rəqsanə Pirməmmədovanın elektrik mikserini təmizləyən zaman qurğunun hərəkətə gəlməsi nəticəsində qurğunun hissələri arasında qalaraq aldığı xəsarətlərdən hadisə yerində ölməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci maddəsi ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə istintaq davam edir.
Oxşar xəbərlər
Xadimə ilə əlbir oldu, müdirini zəhərlədi - Dəhşətli cinayətin TƏFƏRRÜATI
Mənimsəmə cinayətində ittiham olunan Nelli Fabriçnayanın cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində proses başlayıb. BAKU.WS “modern.az”a istinadən xəbə...