Qadın 25 metrlik quyuya düşdü, FHN xilas etdi - VİDEO

Qadın 25 metrlik quyuya düşdü, FHN xilas etdi - VİDEO
Video
Hadisə 232

Bakı şəhərinin Sabunçu rayonunda qadın ehtiyatsızlıqdan dərinliyi təqribən 25 m olan su quyusuna düşüb və köməksiz vəziyyətdə qalıb.

BAKU.WS xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları xilasetmə əməliyyatı keçirərək qadını quyudan çıxarıb.

Qeyd edək ki, son sutkada FHN-in “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 12 yanğına çıxış və 6 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 1-i azyaşlı olmaqla 9 nəfər xilas edilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər