Bakıda qadın 18 nəfərə 32 min manatlıq DƏLƏDUZLUQ etdi
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda qadın 18 nəfərə qarşı 32 462 manatlıq dələduzluq edib.
BAKU.WS Report-a istinadla xəbər verir ki, özünü paytaxtda fəaliyyət göstərən travel şirkətlərindən birinin nümayəndəsi kimi təqdim edən Təhminə Əlizadə şəhər sakini Elşən Bədəlova ailəsi ilə birlikdə Türkiyəyə istirahət üçün tur paketi satacağı barədə yalan vəd verərək ondan 1 433 manat pul alıb.
T.Əlizadə eyni epizodlar üzrə paytaxt sakini Elnarə Kərimovadan 3 026 manat, Yeganə Nəsirovadan 1 935 manat və Anar Rəhimovdan isə 3 163 manat pulu dələduzluq yolu ilə keçirib.
Daha sonra həmin şəxslər polis əməkdaşlarına müraciət edib.
Araşdırma zamanı T.Əlizadənin 18 vətəndaşa qarşı 32 462 manatlıq dələduzluq etdiyi məlum olub.
O, Sabunçu Rayon Polis İdarəsi əməkdaşları tərəfindən saxlanılıb və zərəçəkmişlərə dəymiş ziyan ödətdirilib.
Oxşar xəbərlər
“Səbinə ilə intim fotolarımızı ərinə göndərdim” - Azərbaycanda şok olayın təfərrüatı
Mingəçevir şəhər sakini, 1988-ci il təvəllüdlü Məhəmməd Əliyev qadına təcavüz etməkdə, şantaj və sağlamlığa xəsarət yetirməkdə ittiham olunub. BAKU.WS “teleqraf...