Bakıda "Pub"ın həyətində kütləvi dava olub - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda kütləvi dava olub.
BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonunun Əsəd Əhmədov küçəsində yerləşən "Pub"ın həyətində baş verib.
Fevral ayında baş verən dava zamanı tərəflərdən biri bıçaq çıxarıb, hadisə müşahidə kamerasında əksini tapıb.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı İbrahim Əmiraslanlı "Report"un sorğusuna cavabında bildirib ki, videogörüntülərdəki hallar araşdırma predmetidir.
"Ərazi polis orqanında araşdırılır. Müvafiq ekspertizalar təyin edilib və əməli törədən şəxs müəyyən olunub. Ekspertizanın rəyindən və araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək", - DİN rəsmisi qeyd edib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq forumda çıxış edib - YENİLƏNİB + FOTO/VİDEO
Dekabrın 6-da ADA Universitetində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mər...