Bakıda "PUB"da baş verən yanğınla bağlı RƏSMİ MƏLUMAT - VİDEO - YENİLƏNİB

Bakıda PUBda baş verən yanğınla bağlı RƏSMİ MƏLUMAT - VİDEO - YENİLƏNİB
Video
Hadisə 14

Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 274 m² (hər mərtəbəsi 137 m²) olan ikimərtəbəli mansarda tipli müxtəlif təyinatlı obyektlərdən (mağaza və restoran kimi fəaliyyət göstərir) 2-ci mərtəbəsində restoranın mansardasının taxta üzlüyü və dam örtüyü 80 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən BAKU.WS-ə verilən xəbərə görə, obyektin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***09:39

Bakı ictimai iaşə obyektlərinin birində yanğın hadisəsi baş verib.

Bu barədə BAKU.WS-in "qaynar xətti"nə məlumat daxil olub.

Hadisə paytaxtın Binəqədi rayonu, 8-ci mikrorayon ərazisində qeydə alınıb.

Yanğın baş verən əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadası cəlb olunub.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər