Bakıda "Prius" piyadanı vurdu - VİDEO

Bakıda Prius piyadanı vurdu - VİDEO
Video
Hadisə 550

Bakıda piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Bu barədə BAKU.WS-in "qaynar xətt"inə məlumat daxil olub.

Məlumata görə, hadisə zamanı "Toyota Prius" markalı avtomobil yolu keçmək istəyən şəxsi vurub.

Şahidlərin dediyinə görə, vətəndaş piyada keçidindən istifadə etməyərək yolu keçmək istəyib.

Nərimanov rayonunda baş verən hadisə zamanı piyada "Prius"a qoyularaq 5 saylı Şəhər Klinik Xəstəxanasına aparılıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər