“Gelandewagen”lə PPX avtomobili toqquşub: polis əməkdaşı yaralanıb - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə BAKU.WS-ə Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib.
O qeyd edib ki, hadisə bu gün səhər saatlarında paytaxtın Ağ Şəhər ərazisində qeydə alınıb. Belə ki, “Gelandewagen” markalı avtomobillə Post Patrul Xidmətinin avtomobili toqquşub. Nəticədə polis əməkdaşı xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
***08:30
Bakıda Post Patrul Xidmətinin avtomobili qəzaya uğrayıb.
Bu barədə BAKU.WS-in "qaynar xətti"nə məlumat daxil olub.
Bildirilir ki, hadisə Bakı Ağ Şəhər ətrafında baş verib. Qəza zamanı bir neçə avtomobilə ziyan dəydiyi bildirilir.
Hadisədən sonra PPX avtomobili evakuatorla ərazidən uzaqlaşdırılıb.
Oxşar xəbərlər
Azərbaycanda 3 uşaq atası qonşunun qızını qaçırdı
Ötən ilin 14 dekabr tarixində Şəmkir rayonu Qaracəmirli kəndində 41 yaşlı qonşusunu qaçırmış 1989-cu il təvəllüdlü Rəşad Quliyev barəsində açılmış cinayət işi ü...