Bakıda polislər qadının həyatını xilas etdilər - VİDEO

Bakıda polislər qadının həyatını xilas etdilər - VİDEO
Video
Hadisə 2053

Bakıda qadın xidmət aparan polis avtomobilinin qarşısında yıxılıb.

BAKU.WS “Report”a istinadla xəbər verir ki, hadisə bu gün axşam saatlarında paytaxt küçələrinin birində qeydə alınıb.

Belə ki, yolu keçmək istəyən qadının halı anidən pisləşib və müvazinətini itirərək yerə yıxılıb.

Bu zaman ərazidə olan Post Patrul Xidmətinin əməkdaşları qadına ilkin tibbi yardım göstərib, daha sonra onu xidməti avtomobillə xəstəxanaya çatdırıblar.

Hadisə anı digər avtomobildə olan video qeydiyyatçı vasitəsi ilə lentə alınıb. İlkin məlumata görə, hazırda qadının vəziyyəti yaxşıdır.

Son xəbərlər