Bakıda polisin qadını qətlə yetirməsi ilə bağlı cinayət işi başlanıldı - YENİLƏNİB

Bakıda polisin qadını qətlə yetirməsi ilə bağlı cinayət işi başlanıldı - YENİLƏNİB
Hadisə 663

Bakıda polisin qadını güllələməsi və daha sonra intihara cəhd etməsi faktı ilə bağlı cinayət işi başlanıb.

Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Günay Səlimzadə BAKU.WS-in sorğusuna cavab olaraq bildirib ki, qeyd edilən faktla bağlı Baş Prokurorluğun istintaq idarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb:

“Hazırda Baş Prokurorluğun istintaq idarəsinin kriminalistika şöbəsinin və Yasamal rayon Prokurorluğunun əməkdaşları hadisə yerindədir”.

G.Səlimzadə onu da qeyd edib ki, bu barədə ictimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcək.

***14:53

Daxili İşlər Nazirliyinin əməkdaşı özünü və sevgilisini xidməti silahla öldürüb.

BAKU.WS xəbər verir ki, hadisə bu gün səhər saatlarında, Yasamal rayonu ərazisində qeydə alınıb.

Yasamal Rayon Polis İdarəsi 29-cu Polis Bölməsinin Həsən adlı təhqiqatçısı idarənin yaxınlığında yerləşən hündürmərtəbəli yaşayış binasının 15-ci mərtəbəsində yerləşən mənzildə xidməti silahla sevgilisini qətlə yetirib.

Daha sonra həmin silahla özünü güllələyərək intihara cəhd edib.

Bildirilib ki, H.Osmanovun sağlamlıq durumu ağır qiymətləndirilir.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə cəlb edilib.

Faktla bağlı cinayət işi qaldırılıb, zəruri istintaq və əməliyyat tədbirləri həyata keçirilir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər