Bakıda polis vətəndaşların hərarətini ölçür - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı tədbirlər davam etdirilir.
BAKU.WS xəbər verir ki, paytaxtda polis əməkdaşları hərəkətin intensiv olduğu, insanların daha çox toplaşdığı ərazilərdə, metrostansiyaların qarşısında vətəndaşlarla maarifləndirici söhbətlər aparıb, sanitar rejimin tələblərini izah ediblər.
Belə ki, insanlarla təmas zamanı 2 metrlik məsafənin qorunması və tibbi maskalardan istifadənin zəruri olduğu onların diqqətinə çatdırılıb.
Bundan başqa, polislər metropoliten stansiyalarının girişlərində sərnişinlərin hərarətini yoxlayırlar.
Həmçinin polis əməkdaşları tərəfindən maskadan istifadə etməyən vətəndaşlara tibbi maskalar paylanılıb.
Oxşar xəbərlər
İlham Əliyev “Mir” Dövlətlərarası Teleradio şirkətinə müsahibə verib - VİDEO - YENİLƏNİB
Prezident İlham Əliyev “Mir” Dövlətlərarası Teleradio şirkətinə müsahibə verib. Müsahibədə əsasən koronavirus pandemiyası dövründə Azərbaycanda həyata keçirilən...