Bakıda polis gecə əməliyyat keçirdi - Tanınmış həkim saxlanıldı - Əməliyyat görüntüləri
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı polisi qanunsuz narkotika dövriyyəsinin qarşısını almaq istiqamətində daha bir uğurlu əməliyyat həyata keçirib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, əməliyyat Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən təşkil olunub.
Əməliyyat zamanı 34 yaşlı Mirtale Rəhimov, əvvəllər dəfələrlə məhkum olunmuş şəxslər - 23 yaşlı Vüsal Səmədov və 42 yaşlı Elşən Əliyev saxlanılıblar.
Keçirilən əməliyyat nəticəsində, onlardan ümumilikdə 2 kiloqrama yaxın tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana, heroin, psixotrop maddə metamfetamin və güclü təsiredici xassəyə malik 87 ədəd preqabalin həbi aşkar edilib.
Qeyd edək ki, saxlanılan şəxslərdən biri Elşən Əliyev ürək-damar cərrahıdır. O, indiyə qədər bir sıra xəstəxanalarda çalışıb.
Hadisənin görüntülərini təqdim edirik:
Oxşar xəbərlər
Şəmkirdə ölüm hadisəsi baş verib
Şəmkir rayonunun Zəyəm qəsəbəsində ölüm hadisəsi baş verib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, 1959-cu il təvəllüdlü Azad Mahmudov bıçaq yarası ilə xə...