Bakıda piyadalar ölümdən son anda xilas oldular
"Yol hərəkətinin təhlükəsizliyi təkcə qaydalara riayət etməklə deyil, bütün hərəkət iştirakçılarının qarşılıqlı məsuliyyət hissi ilə təmin olunur. Qaydalara əməl edən, keçidi gözləyən, yolun kənarında dayanan və düzgün davranış nümayiş etdirən piyadalar belə bəzən başqalarının diqqətsizliyinin təsiri ilə risklə üzləşə bilirlər".
BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) sürücülərə müraciətində bildirilib.
Müraciətdə qeyd olunur ki, nəqliyyat vasitəsini yüksək sürətlə idarə etmə və ya yola kifayət qədər nəzarət etməmə nəticəsində baş verən qəzalar çox vaxt ağır nəticələrə gətirib çıxarır:
"Belə hallarda piyadanın təhlükədən yayınması adətən mümkün olmur. Yalnız nadir məqamlarda çevik reaksiya və saniyələr içində verilən düzgün qərar insanın özünü qorumasına imkan yaradır.
Sürücüləri daha diqqətli və məsuliyyətli olmağa, piyadaları qaydalara uyğun hərəkət etməyə çağırırıq.
Unutmayaq ki, yollarda təhlükəsizlik hər birimizin düşünülmüş və doğru qərarlarından başlayır".
Bakıda piyadalar dəhşətli qəzanın qurbanı olmaqdan son anda xilas olmasının görüntülərini təqdim edirik:
Oxşar xəbərlər
Azərbaycanın "Əməkdar məşqçi"si vəfat edib
Əməkdar məşqçi Rəayət Abdalov vəfat edib BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Ağırlıqqaldırma Federasiyasından məlumat yayıb. Bildirilib ki, idman ustas...