Bakıda pedofil məşqçi saxlanıldı

17
iyl
2019
18:33
Bakıda pedofillikdə şübhəli bilinən futbol məşqçisi saxlanılıb.BAKU.WS-in məlumatına görə, bu barədə Oxu.Az Sabunçu rayonu hüquq-mühafizə orqanlarındakı mənbəyinə istinadən xəbər verir.Məsələ ilə bağlı P.F. adlı 31 yaşlı paytaxt sakininin 12-ci Polis şöbəsinə müraciət etdiyi bəllidir.Sözügedən qadın bildirib ki, 41 yaşlı Y.M. adlı futbol məşqçisi onun oğluna əxlaqsız təkliflər edib. Məşqçi yeniyetmənin telefonuna SMS-lər göndərərək onunla cinsi əlaqəyə girməyi təklif edib.Məşqçinin cinayət əməllərinin sübutu qismində gəncin anası həmin SMS-ləri polisə təqdim edib. Bundan sonra məşqçi tutulub və hazırda faktla bağlı araşdırma aparılır.Futbol məktəbinin adı ilə bağlı isə heç bir məlumat verilmir.
Oxşar xəbərlər
“Sumqayıt” ispaniyalı məşqçi ilə müqavilə imzalayıb
“Sumqayıt” futbol klubunun yeni məşqçisi müəyyənləşib.BAKU.WS xəbər verir ki, baş məşqçi Ayxan Abbasovun fiziki hazırlıq üzrə köməkçisi vəzifəsinə əcnəbi mütəxə...
