Bakıda pedofil azyaşlıya qarşı seksual xarakterli hərəkətlər edib - VİDEO

Bakıda pedofil uşağı qorxudub.
BAKU.WS xəbər verir ki, bu barədə şikayət Media.az informasiya agentliyinin redaksiyasına daxil olub.
Şikayətçi Binəqədi rayonu Rəsulzadə qəsəbəsinin sakinidir.
Qəsəbə sakini bildirib ki, pedofil onun qızını qorxudub.
Kişinin dediyinə görə, naməlum şəxs qəsəbədəki evlərdən birinin həyətinə gələrək uşaqların oynamasını izləyib:
“O, bir müddət mənim velosiped sürən qızımı güdüb, daha sonra uşağın qarşısını kəsərək ona öz cinsiyyət orqanını göstərməyə başlayıb. Uşaq qorxub və sürətlə evə tərəf hərəkət edib. Rastlaşdığı adamın davranışından qorxuya düşən uşaq bizə başına gələnləri danışdı. Biz isə dərhal nəzarət kameralarının vasitəsi ilə həmən şəxsin kimliyini müəyyən etməyə qərar verdik”.
Qeyd edək ki, videoda 35-40 yaşlı kişinin velosiped sürən qızın arxasınca getdiyi, daha sonra qorxmuş uşağın cəld ondan qaçdığı əks olunub.
Artıq qızın valideynləri baş vermiş insidentlə bağlı polis orqanlarına müraciət ediblər.
Oxşar xəbərlər
İlham Əliyev Şuşada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda - YENİLƏNİB + FOTO/VİDEO
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formal...
