Bakıda partlayış baş verən gecə klubunun hazırkı vəziyyəti - FOTO/VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı şəhəri Səbail rayonu, Əliyarbəyov küçəsində yerləşən gecə klubunda baş verən partlayışla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma tədbirləri davam etdirilir.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, cinayət işi üzrə müvafiq ekspertizalar təyin olunmaqla zəruri istintaq hərəkətləri davam etdirilir.
Qeyd edək ki, hadisə bu gün saat 03:00 radələrində Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsində yerləşən gecə klubunda baş verib. Partlayış zamanı ümumilikdə 31 nəfər müxtəlif dərəcəli xəsarət alıb, 1 nəfər vəfat edib. Baş vermiş partlayış zamanı xəsarət alanlardan 2 nəfər xarici ölkə vətəndaşıdır. Həmçinin 14 avtomobil, 1 mənzil və 2 qeyri yaşayış obyektinə də ziyan dəyib.
Qalereya
Oxşar xəbərlər
Bakıda partlayış zamanı xəsarət alanların son durumu açıqlandı - YENİLƏNİB/VİDEO
Ötən gün Səbail rayonu ərazisində yerləşən gecə klublarından birində baş verən partlayış zamanı xəsarət alanların son vəziyyəti açıqlanıb. Baku TV-nin müxbiri B...