Bakıda parkinq restoran tərəfindən zəbt olunub?
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı şəhərinin Nəsimi rayonu ərazisində dayanacağın qanunsuz şəkildə bağlanması iddia olunur.
Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə göndərilib.
Bildirilib ki, söhbət Hənifə Ələsgərov və Süleyman Rüstəm küçələrinin kəsişməsində yerləşən dayanacaqdan gedir. İddialara görə, ümumi istifadə üçün nəzərdə tutulmuş ərazi zəncir və qıfıl vasitəsilə bağlanıb.
Bildirilir ki, dayanacağa yalnız binanın altında fəaliyyət göstərən restoranının sahiblərinin və onların qonaqlarının avtomobillərinin buraxılmasına icazə verilir.
Sözügedən görüntüləri təqdim edirik:
Qalereya
Oxşar xəbərlər
Mingəçevirdə gənc bıçaqlanıb
Mingəçevir şəhərində bıçaqlanma hadisəsi olub. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, 1999-cu il təvəllüdlü Elgün Rzayev bıçaq xəsarəti ilə Mingəçevir Şəhər...