Bakıda parkda baş verən yanğın söndürülüb - YENİLƏNİB - VİDEO

Bakıda parkda baş verən yanğın söndürülüb - YENİLƏNİB - VİDEO
Video
Hadisə 227

Bakıda parkda baş verən yanğın söndürülüb.

Bu barədə BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, paytaxtın Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində yerləşən Ramiz Aboyev adına mədəniyyət və istirahət parkında istifadə olunmayan 340 m² sahədə olan tikilinin 100 m² sahəsi yanıb.

Yanğın yanğınsöndürən qüvvələr tərəfindən söndürülüb.

***14:32

Bakıda park yanır.

BAKU.WS “report”a istinadən xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində yerləşən Ramiz Aboyev adına mədəniyyət və istirahət parkında qeydə alınıb.

Belə ki, park ərazisində yerləşən mədəniyyət və iaşə obyektində yanğın başlayıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb edilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər