Bakıda pakistanlı sahibkarın əlini dişləyib, başına oyun açdılar
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda əcnəbi sahibkar qarət olunub.
BAKU.WS Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Səbail rayonu ərazisində baş verib.
H.Z.Tağıyev küçəsi, ev 18, mənzil 9-da yerləşən "Park Tarqoviy" höstelini icarə əsasında işlədən sahibkar, Pakistan vətəndaşı, 1975-ci il təvəllüdlü Ali Vaqar Başerat ərizə ilə polisə müraciət edərək bildirib ki, gecə saatlarında həmin hostelə tanımadığı 4 nəfər yer üçün müraciət edib.
Söhbət zamanı həmin şəxslərdən biri Ali Waqar Basheratdan içmək üçün su istəyib.
Sahibkar onlara su vermək üçün hostelin mətbəxinə keçərkən həmin şəxslər ona məxsus, içərisində 3000 dollar olan çantanı götürüb qaçıb.
Oxşar xəbərlər
Bakıda qadına kömək edib, sonra onun başına oyun açan şəxs tutuldu
Bakıda əvvəlcə qadına kömək edib, pulunu oğurlayab, bir neçə ay sonra quldurluq yolu ilə həmin qadının çantasını talayan şəxs saxlanılıb. Daxili İşlər Nazirliyi...