Bakıda "Pajero" betonqarışdıran maşınla toqquşdu - FOTO

Bakıda Pajero betonqarışdıran maşınla toqquşdu - FOTO
Foto
Hadisə 10

Bakıda iki avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, qəza Böyükşor gölünün üzərindəki, Ziya Bünyadov prospekti ilə Balaxanı–Binəqədi avtomobil yolunu birləşdirən yolda qeydə alınıb.

Belə ki, nəqliyyat hadisəsi "Mitsubishi Pajero" və "Iveco" markalı betonqarışdıran maşının iştirakı ilə qeydə alınıb. Xəsarət alan olmasa da, avtomobillərə ziyan dəyib.

Əraziyə polis əməkdaşları cəlb edilib.

Fakt üzrə araşdırma aparılır.

Qeyd edək ki, gecə saatlarında sözügedən yolun işıqlandırılmaması səbəbindən tez-tez qəza hadisələri müşahidə edilir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər