Bakıda özünü qaz idarəsinin əməkdaşı kimi təqdim edən şəxs saxlanıldı

Bakıda özünü qaz idarəsinin əməkdaşı kimi təqdim edən şəxs saxlanıldı
Hadisə 52

Xəzər rayonunda naməlum şəxsin evləri gəzərək qaz sayğacının qüsurla işlədiyi və s. səbəblər irəli sürməklə, onun dəyişdirilməsi adı altında vətəndaşlardan pul aldığı barədə polisə məlumat daxil olub.

BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə qeyd edilən dələduzluq əməllərini törətməkdə şübhəli bilinən Yusif Mərdan oğlu Ağayev saxlanılıb. Onun törətdiyi əməllərlə bağlı araşdırma aparılır. Y.Ağayevin qanunsuz əməllərindən zərərçəkən digər vətəndaşlar varsa, bu barədə polisə müraciət edə bilərlər.

Son xəbərlər