Bakıda oteldə turistin başına iş gəldi

Bakıda oteldə turistin başına iş gəldi
Hadisə 311

Bakıda oteldə oğurluq hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, fevralın 21-də Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinə müraciət edən əcnəbi vətəndaş yaşadığı otellərin birində cibindən 300 manatının oğurlandığını bildirib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Zərdab rayon sakini A.Abışlı polis əməkdaşları tərəfindən saxlanılıb və törətdiyi əməli etiraf edib.

Araşdırma aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər