Bakıda ölümlə nəticələnən qəza olub

Bakıda ölümlə nəticələnən qəza olub
Hadisə 481

Sabunçu rayonunun Kürdəxanı qəsəbəsi ərazisində yolu keçən Şərur rayon sakini Əfsər Abdullayevi Bakı şəhər sakini Ş.Muradov idarə etdiyi “Hyundai” markalı avtomobillə vurub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə bildiriblər ki, xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Hadisə ilə bağlı Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər