Bakıda oğurluq və narkotik ittihamı ilə təqsirləndirilən şəxsə hökm oxunub
Bakıda vətəndaşlardan külli miqdarda oğurluq etməkdə təqsirləndirilən Anar Nəhmətovun cinayət işi üzrə məhkəməsi yekunlaşıb.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Vüsal Mehrəliyev ittiham nitqi ilə çıxış edərək təqsirləndirilənin 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.
Müşavirədən sonra hökm elan edilərək A.Nəhmətov 6 il 11 ay 12 gün müddətinə azadlıqdan məhrum edilib.
Ona qarşı Cinayət Məcəlləsinin 234.1-1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma), 177.2.1 və 177.2.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olmaqla oğurluq)maddələri ilə ittiham irəli sürülüb.
Oxşar xəbərlər
Samuxda yas mərasimində zəhərlənən 21 nəfərlə bağlı YENİ MƏLUMAT
Samux rayonunda yas mərasimində kütləvi zəhərlənmə zamanı zərərçəkənlərin vəziyyəti məlum olub. BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, bu barədə Tibbi Ərazi...