Bakıda oğul anasının meyitini tapdı

Bakıda oğul anasının meyitini tapdı
Hadisə 1809

Bakıda qadın yaşadığı evdə ölü tapılıb.

BAKU.WS-in məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonu ərazisində baş verib. Rayonun Bilgəh qəsəbəsində yaşayan 1978-ci il təvəllüdlü Hüseynova Səadət Fəxrəddin qızının meyiti yaşadığı evin həyətindəki hamamda aşkar edilib.

Qadının meyitini hamamda oğlu tapıb. Hadisə yerinə və meyitə baxış keçirilib, meyit müayinə edilib.

Faktla bağlı cinayət işi başlanıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər