Bakıda oğul anasını və onun sevgilisini bıçaqladı
Yeniliklərdən dərhal xəbərdar olun
Bakının Suraxanı rayonunda ailə-məişət zəminində münaqişə zamanı iki nəfər bıçaqlanıb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Hövsan qəsəbəsində baş verib.
Belə ki, Qum adası ərazisində 1982-ci il təvəllüdlü Kazımova Aynurə Zəkəriyyə qızı yaşadığı evdə 1989-cu il təvəllüdlü Hüseynov Ramil Rauf oğlu ilə görüş təşkil edib. Həmin vaxt evə gələn A.Kazımovanın oğlu əvvəlcə R.Hüseynovun döş qəfəsinə bıçaq zərbəsi vurub. Daha sonra anasının sağrı nahiyyəsinə bıçaq xəsarəti yetirib.
Hadisəni törədən şəxs 103 zəng mərkəzinə məlumat verdikdən sonra polis bölməsinə gedib.
Hər iki yaralı Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.
R.Hüseynovun vəziyyəti ağır kimi qiymətləndirilir.
Oxşar xəbərlər
Bir yumruqla qətl hadisəsi: Canlı yayımda elə söz dedi ki...
Gəncə şəhərində 1998-ci il təvəllüdlü Elmar şəxsi münasibətlər zəminində münaqişə zamanı 1983-cü il təvəllüdlü Sahibi qətlə yetirib. BAKU.WS “teleqraf.com”a ist...