Bakıda ödəmə terminalından oğurluq edildi
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda ödəmə terminalından 8000 manat oğurlanıb.
Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki marketlərin birində quraşdırılmış ödəmə terminalından 8000 manat, digər mağazadan isə 250 manat oğurlamaqda şübhəli bilinən əvvəllər də oğurluğa görə məhkum olunmuşlar - Şabran rayon sakini T.Əmiraslanov və Xocalı şəhər sakini E.Zeynalov müəyyən olunaraq saxlanılıblar.
Araşdırma aparılır.
Oxşar xəbərlər
Ödəmə terminallarından silsilə oğurluq edən şəxs İmişlidə yaxalandı
İmişli Rayon Polis Şöbəsinə mayın 2-nə keçən gecə Çaxırlı kəndindəki mağazaların birindən 650 manat pul, orada quraşdırılmış “Milli Ön” ödəmə terminalından isə...