Bakıda obyektdən oğurluq edən şəxs kameraya düşüb - ANBAAN VİDEO

Bakıda obyektdən oğurluq edən şəxs kameraya düşüb - ANBAAN VİDEO
Video
Hadisə 158

Bakıda sexdən oğurluq edilib.

BAKU.WS Report-a istinadla xəbər verir ki, hadisə ötən gün səhər saatlarında paytaxtın 2-ci Zabrat qəsəbəsində yerləşən qapı-darvaza sexlərinin birində qeydə alınıb.

Belə ki, naməlum şəxs obyektə daxil olaraq oradan elektrik kabelləri oğurlayıb.

Hadisə anı təhlükəsizlik kamerası tərəfindən anbaan qeydə alınıb.

Oğurluq hadisəsi ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət edilib.

Faktla bağlı araşdırma aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər