Bakıda nöqsanlar aşkarlanan şadlıq sarayının fəaliyyəti dayandırıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Bakının Binəqədi rayonunda fəaliyyət göstərən şadlıq sarayında nöqsanlar aşkarlanıb.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Agentlik əməkdaşları Binəqədi rayonu, Mir Cəlal küçəsi, ev 105 ünvanında fəaliyyət göstərən "Üzeyir" şadlıq sarayında yoxlama keçirib.
Yoxlama zamanı müəssisədə normativ sənədlərin tələblərinə əməl olunmadığı, həmçinin, emal prosesində texnoloji ardıcıllıq prinsipinə riayət edilmədiyi, istifadə olunan suyun filtirasiyadan keçirilmədiyi, ayrıca yuma çanaqlarının təşkil olunmadığı, sanitar qovşağın birbaşa emal sahəsinə açıldığı, havalandırma sisteminin quraşdırılmadığı, yuyucu və dezinfeksiyaedici maddələrin saxlanması üçün ayrıca sahə və ya dolabların mövcud olmadığı, emal sahəsində və qabyuma bölümündə divar və tavanın tamlığının pozulduğu və digər nöqsanlar aşkarlanıb.
Faktla bağlı zəruri tədbirlər görülüb, müəssisədə işlərin görülməsi və xidmətlərin göstərilməsi dayandırılıb.
Qalereya
Oxşar xəbərlər
Həkimin öldü dediyi körpə morqda 4 saat sağ qalıb
ABŞ-nin Arizona ştatında hovuzda boğulma təhlükəsi keçirən 18 aylıq körpə həkimin səhlənkarlığı nəticəsində ölü elan edilərək morqa aparılıb. Körpənin təxminən...