Bakıda nəvə nənəsini qətlə yetirdi
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda nəvə nənəsini qətlə yetirib.
Bu barədə BAKU.WS-ə Suraxanı Rayon Prokurorluğundan məlumat verilib.
Bildirilib ki, aprelin 11-i saat 15 radələrində Bakı şəhəri, Suraxanı rayon sakini 1953-cü il təvəllüdlü Natalya Popovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil oub.
Aparılan araşdırmalarla zərərçəkmişin nəvəsi, 1999-cu il təvəllüdlü Murad İmanovun şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı Natalya Popovanın boğaz nahiyəsinə bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Murad İmanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə istintaq davam edir.
Oxşar xəbərlər
Azyaşlı bacı və qardaşı cinsi əlaqə zamanı yaxaladı sonra oğlanı zorladı - Cəlilabadda iyrənc cinayət
Azyaşlı oğlanı zorlayan 19 yaşlı Cəlilabad rayon sakini Cəzasının azaldılması üçün Ali Məhkəməyə müraciət edib.BAKU.WS ölkə.az-a istinadən xəbər verir ki, 2017-...