Bakıda nazirliyin qurumu qarət edilib
04
okt
2021
12:32
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Bakı şəhəri üzrə 5 saylı Tibbi-Sosial Ekspert Komissiyasında (TSEK) oğurluq hadisəsi baş verib.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, hadisə TSEK-in paytaxtın Nərimanov rayonu ərazisində yerləşləşən binasında qeydə alınıb.
Belə ki, naməlum şəxs və ya şəxslər TSEK-ə məxsus bir neçə kompüter və printeri oğurlayıb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Bakıda evlərdən 2 milyon manata yaxın oğurluq edildi - FOTO
Paytaxtın Xətai rayonunda çoxmərtəbəli binalardan birinin 18-ci mərtəbəsində yerləşən mənzildən oğurluq edilib. Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyinin (D...