Bakıda narkotik vasitələr satan Əminə: "Evimdə yarım kilo heroin var" - VİDEO

Bakıda narkotik vasitələr satan Əminə: Evimdə yarım kilo heroin var - VİDEO
Video
Hadisə 1239
Bakıda narkotik maddələrin satışı ilə məşğul olan iki nəfər tutulub.Surxanı Rayon Polis İdarəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Teymur Məmmədovu saxlayıb. Şəxsi axtarış zamanı ondan narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə narkotik vasitəni ona satmaqda şübhəli bilinən Yeni Suraxanı qəsəbə sakini Əminə Babayeva da polislər tərəfindən tutulub. Onun evindən yarım kiloqramdan çox heroin, habelə tiryək, marixuana və müxtəlif növ psixotrop maddə aşkar edilərək götürülüb. Dindirmə zamanı Əminə Babayeva Teymur Məmmədovla əlbir olub narkotik vasitələrin satışı ilə məşğul olduğunu etiraf edib.Əminə Babayeva barəsində Suraxanı Rayon Polis İdarəsində cinayət işi başlanılıb.Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Oxşar xəbərlər

Bakıda narkotacir qadın saxlanıldı - FOTO

Bakıda narkotacir qadın saxlanıldı - FOTO

Suraxanı Rayon Polis İdarəsi 31-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri uğurlu əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz d...

961 Hadisə 16:07 12 iyun 2019

Son xəbərlər