Bakıda narkotik maddənin təsiri altında motosiklet idarə edən şəxs saxlanılıb
Bakı Şəhər DYP İdarəsinin əməkdaşları tərəfindən "Honda" markalı, 99-D-401 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Ceyhun Mustafayev paytaxt ərazisində yol hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər hərəkət iştirakçılarının da sağlamlığı üçün real təhlükə yaratdığı üçün saxlanılıb.
Bu barədə BAKU.WS-ə DİN-in mətbuat xidmətindən bildirilib.
Sənədləri yoxlanılan zaman sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin olunub. Müayinə zamanı C.Mustafayevin narkotik vasitə qəbul etməsi də müəyyən olunub. Sürücü barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə C.Mustafayevin sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb və o, 1 ay inzibati qaydada həbs edilib.
Oxşar xəbərlər
Bakıda taksi sürücüsü 80 qəpiyə görə Yeni ili həbsdə keçirəcək
Bakıda taksi sürücüsü ilə xanım müştərisi arasında insident baş verib. BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə Nizami rayonu ərazisində qeydə al...