Bakıda narkotik alverçiləri saxlanılıb
Yeniliklərdən dərhal xəbərdar olun
Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 2 nəfər saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, əməliyyat zamanı Bakı şəhər sakinləri Niyaz Hüseynov və Mahir Hümbətov tutulublar.
Niyaz Hüseynov üzərindən hazır bükümlər şəklində satış üçün qablaşdırdığı və onlayn yolla əldə etdiyi 13 qrama yaxın heroin, 9 qram metamfetamin və 7 ədəd psixotrop tərkibli satışı qadağan edilən preqabalin həbi aşkar edilib.
Mahir Hümbətovun üzərinə baxış keçirilən zaman ondan da psixotrop maddə olan metamfetamin aşkar edilib. Saxlanılan şəxslər izahatlarında narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olduqlarını etiraf ediblər.
Faktlarla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırmalara başlanılıb. Niyaz Hüseynov və Mahir Hümbətov tutularaq istintaqa cəlb olunublar.
Oxşar xəbərlər
DİN-dən əməliyyat: "Patı" satan qadınlar tutuldu - VİDEO - FOTO
Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyatlar nəticəsində narkotik vasitələrin satışı ilə məşğul olan 12 nəfər saxlanılıb....