Bakıda narkotacirlər tutuldu - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbiri nəticəsində külli miqdarda narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən BAKU.WS-ə məlumat verilib.
Bildirilib ki, Bölmə əməkdaşları daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakinləri, 1994-cü il təvəllüdlü Amil Orucov və 1995-ci il təvəllüdlü Əlihüseyn Hüseynov saxlanılıb.
A.Orucovdan şəxsi axtarış zamanı çəkisi 1 kq 9 qram heroin, Ə.Hüseynovdan isə 10 qram heroin və 183 qram metanfetamin aşkar edilərək götürülüb.
Onlar ifadələrində narkotik vasitələri satmaq məqsədi ilə şəxsiyyəti istintaqa hələ ki, məlum olmayan bir nəfərdən aldıqlarını bildiriblər.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, adları çəkilən şəxslər tutularaq istintaqa təqdim olunublar. Cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Qalereya
Oxşar xəbərlər
Azərbaycana 10 kq-dan çox narkotik gətirən şəxs tutuldu - VİDEO
Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat tədbiri nəticəsində külli miqdarda yüksək təsiredici xassəyə mal...