Bakıda narkotacirə 10 il HƏBS CƏZASI verildi

Bakıda narkotacirə 10 il HƏBS CƏZASI verildi
Hadisə 126

Bakıda narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmaqda təqsirləndirilən Bəhruz Əmənova hökm oxunub və o, 10 il müddətinə azadlıqdan məhrum edilib.

BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə elan olunub.

Qeyd edək ki, əvvəllər məhkum olunmuş B.Əmənov 2021-ci ilin yayında Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı saxlanılıb.

Onun üzərindən və yaşadığı evdən ümumilikdə satmaq üçün əldə etdiyi 1 kiloqram 80 qram psixotrop maddə metamfetamin, eləcə də hazır bükümlərdə güclü təsiredici narkotik vasitə olan kokain və elektron tərəzi aşkar edilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər