Bakıda naməlum sürücü avtobusun YOLUNU KƏSDİ - VİDEO - YENİLƏNİB
Yeniliklərdən dərhal xəbərdar olun
"Məsələ ilə bağlı aidiyyatı şöbəyə məlumat ötürdüm, nəzarətə götürüldü".
Bunu BAKU.WS-in sorğusuna cavab olaraq Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib.
O, qeyd edib ki, araşdırma aparılıb müvafiq tədbir görüləcək.
***10:22
Bu gün səhər saat 7 radələrində bir nəfər naməlum şəxs şəxsi maşını ilə avtobusun yolunu kəsib.
BAKU.WS-ə daxil olan məlumata görə, hadisə Bakı-Sumqayıt yolunun Binəqədi rayonundan keçən hissəsində qeydə alınıb.
Şikayətçinin sözlərinə görə, 135 nömrəli avtobusun önünü kəsən "90-MK-752" nömrəli avtomobilin sürücüsü bir müddət yol verməyib:
"Avtobusda sıxlıq idi, çox adam da ayaq üstə qalmışdı. Hamının mənzil başına tələsdiyi bir vaxtda yolumuzu kəsib, dayanmışdı. Daha sonra mən və bir neçə kişi sərnişin avtobusdan düşüb sürücü ilə danışdıq. O, yoldan çəkilməyə razılıq verdi. Hadisə ilə bağlı DYP-yə elektron qaydada məlumat verdik".
Sözügedən görüntüləri təqdim edirik:
Oxşar xəbərlər
Bir yumruqla qətl hadisəsi: Canlı yayımda elə söz dedi ki...
Gəncə şəhərində 1998-ci il təvəllüdlü Elmar şəxsi münasibətlər zəminində münaqişə zamanı 1983-cü il təvəllüdlü Sahibi qətlə yetirib. BAKU.WS “teleqraf.com”a ist...