Bakıda naməlum şəxslər içərisində pul olan seyfi qarət etdilər

Bakıda naməlum şəxslər içərisində pul olan seyfi qarət etdilər
Hadisə 496

Bakının Yasamal rayonunda naməlum şəxslər tərəfindən seyf yarılıb.

BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, naməlum şəxslər Mustafa Sübhi küçəsində Eldar Şıxverdiyevə (1984-cü il təvəllüdlü) məxsus avtoservisə hasardan tullanmaqla daxil olublar. Orada olan seyfin qapısını açıblar.

Qarətçilərin qəniməti az olsa da, oğurluq faktı üzrə cinayət işinin başlanması üçün kifayət edib - 1600 manat.

Hazırda 27-ci polis bölməsinin əməliyyatçıları cinayəti araşdırırlar. Şübhəlilərin şəxsiyyəti hələ təyin edilməyib.

Ötən gün həmin idarənin ərazisində daha bir oğurluq hadisəsi baş verib. Naməlum şəraitdə Səbinə Qasımovanın (1972-ci il təvəllüdlü) mənzilindən 350 dollar nağd pul və 5 800 dollar dəyərində qızıl-zinət əşyaları oğurlanıb. Oğurluğun üstü hələ açılmayıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər