Bakıda müəssisədə güclü yanğın söndürülüb - VİDEO - YENİLƏNİB-3
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı şəhərinin Nərimanov rayonu ərazisində - metronun “Ulduz” stansiyasının yaxınlığında yerləşən sexdə baş vermiş yanğın söndürülüb.
BAKU.WS xəbər verir ki, bu barədə "Report"a açıqlamasında Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi general-mayor Füzuli Əsədov məlumat verib.
O bildirib ki, hadisə ilə bağlı araşdırma aparılır.
***15:20
Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülmüş operativ və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhərinin Nərimanov rayonu ərazisində - metronun “Ulduz” stansiyasının yaxınlığında yerləşən sexdə baş vermiş yanğın genişlənməsinə imkan verilməyərək saat 15:06-da məhdudlaşdırılıb.
Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Əlavə məlumat veriləcək.
***13:58
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Narimanov rayonu ərazisində sexdə yanğın olması barədə məlumat daxil olub.
BAKU.WS xəbər verir ki, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Oxşar xəbərlər
Bakıda metro yaxınlığındakı yanğın söndürüldü - YENİLƏNİB - FOTO/VİDEO
“Ulduz” metrostansiyasının yaxınlığında baş verən yanğın söndürülüb. FHN-dən BAKU.WS-ə verilən məlumata görə, bu gün saat 13:00 radələrində FHN-in “112” qaynar...