Bakıda müəllim uşağı məktəbdə döydü
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda təhsil ocağında şagird fiziki təzyiqə məruz qalub.
BAKU.WS xəbər verir ki, bu barədə tanınmış aparıcı Zamirə Dadaşova bildirib.
Onun sözlərinə görə, şagird Nərimanov rayonunda 43 saylı liseydə təhsil alır, 7-ci sinifdə oxuyur: "Tənəffüsdə bu sinifə dərs keçməyən müəllim tərəfindən oğlumla eyni sinifdə oxuyan şagird şiddətə məruz qalıb. Belə ki, sinifdə monitorinq olub və başqa müəllim monitorinqdə iştirak edib. Tənəffüsdə uşaq sinifdən çıxmaq istəyəndə müəllim onu döyüb. Belə hallar birinci dəfə deyil baş verir.
Susduqca bir az da üstünə qoyurlar. Uşaqlar belə müəllimlərdən nə öyrənəcəklər, nə savad, nə tərbiyə alacaqlar? Müəllim əvvəlcə özü tərbiyə olunmalıdır ki, uşaqlara nümunə olsun. Şəssən övladıma görə narahatam, sabah oğlumla eyni formada davranmayacaqlarına kim zəmanət verir?! Oğlan uşaqlarını qızların gözü qarşısında bu hala salmaq nə deməkdir?
Müəllimin psixoloji problemləri varsa, dərs keçməsin. Aidiyyatı qurumlardan ölçü götürülməsini xahiş edirəm”.
Oxşar xəbərlər
Zamirənin milyonluq evi, itinə baxan qadının açıqlamaları... (VİDEO, FOTO)
"İti mənə təcili vermələrindən nəsə baş verdiyini anlamışdım. Nə olub xanıma, o yaxşıdır?”, - deyə 8 il Zamirə Hacıyevanın "Pomerants" cinsindən olan itinə baxa...