Bakıda müəllim şagirdi təhqir edib, şəxsiyyətini alçaltdı

25
apr
2019
15:59
Bakıda müəllim şagirdi vuraraq hədələyib, şikayəti polis araşdırır.“Report”un xəbərinə görə, Binəqədi rayon sakini Şahin Əliyev polisə şikayət edərək bildirib ki, Binəqədi qəsəbəsində yerləşən 205 saylı orta məktəbin Sevinc Əzimova adlı müəllimi onun 7-ci sinifdə oxuyan oğlunu şagirdlərin gözləri qarşısında təhqir edib, onun şəxsiyyətini alçaldıb və xəsarət yetirib.Valideyn bildirib ki, müəllim oğlunun saçını şagirdlərin qarşısında dartaraq saçını kəsdirməyəcəyi təqdirdə uşaqların gözü önündə onun saçını özünün kəsəcəyini bildirib.Məsələ ilə bağlı Sevinc Əzimova Binəqədi Rayon Polis İdarəsinə çağrılaraq izahatı alınıb. Müəllim şagirdin saçı uzun olduğu üçün ona irad tutduğunu, saçını kəsdirməyəcəyi təqdirdə özünün kəsəcəyi barədə hədələdiyini etiraf edib.36 yaşlı S.Əzimova 14 ildir Azərbaycan dili və Ədəbiyyat fənlərindən dərs deyir.Faktla bağlı araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
Bakıda müəllim şagirdi döydü - uşaq kəllə beyin travması aldı
Bakıda 12 yaşlı şagird müəllim tərəfindən döyülüb.BAKU.WS-in ONA-ya istinadla verdiyi məlumata görə, hadisə paytaxtın Qaradağ rayonu Qobustan qəsəbəsində yerləş...
