Bakıda müəllim şagirdə şillə vurdu, valideyn polisə verdi
21
okt
2022
16:41
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda valideyn övladına müəllim tərəfindən şillə vurulmasını bildirərək polisə müraciət edib.
BAKU.WS Qafqazinfo-ya istinadla xəbər verir ki, Binə qəsəbə sakini, 1992-ci il təvəllüdlü ana 3-cü Polis Şöbəsinə müraciət edərək bildirib ki, 218 saylı məktəbdə müəllim işləyən Təranə Mürsəlova (şərti) 2008-ci il təvəllüdlü oğluna şillə vurub.
O, müəllimin dərs vaxtı oğluna zərbə endirdiyini əlavə edib və hadisənin araşdırılaraq tədbir görülməsini xahiş edib.
Müraciətlə bağlı polis tərəfindən araşdırma aparılır.
Oxşar xəbərlər
DİN-dən Bakıda müəllimin şagirdin başını divara çırpması iddiasına REAKSİYA
Daxili İşlər Nazirliyi Bakının Xəzər rayonunda şagirdin müəllim tərəfindən zorakılıq görməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib. BAKU.WS xəbər verir...