Bakıda motosikletçi qız faciəvi şəkildə öldü
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda motosikletçi qız yol qəzası nəticəsində vəfat edib.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, gecə saat 02 radələrində Xətai rayonunun Zığ yolu küçəsində 2002-ci il təvəllüdlü Həsənova Eliza Oruc qızının idarə etdiyi moped naməlum şəraitdə qəzaya uğrayaraq aşıb. Nəticədə 21 yaşlı qız yıxılaraq qapalı kəllə-beyin travması alıb. 2 saylı şəhər kliniki xəstəxanasına yerləşdirilən qız xəstəxanada vəfat edib.
Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi açılıb. Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin MTE və PA ETT Birliyinin Xətai rayon şöbəsinə göndərilib.
Hadisənin hansı şəraitdə baş verməsi araşdırılır.
Oxşar xəbərlər
2019-cu ildə ölkə gündəmini silkələyən hadisələr
Artıq ilin sonuna az qalıb. Bi neçə gündən sonra 2019-ci il bizim üçün tarixə çevriləcək. Bəs bu il ölkəmizdə hansı cinayət və hadisələrlə yadda qalıb? 2019-cu...