Bakıda moped "KamAz"a çırpılıb, ağır xəsarət alan var
Yeniliklərdən dərhal xəbərdar olun
Bakının Nəsimi rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Əbdülvahab Salamzadə küçəsindəki tuneldə qeydə alınıb.
Belə ki, yüksək surətlə hərəkətdə olan mopedin sürücüsü idarəetməni itirərək nəqliyyat vasitəsini qarşıda hərəkətdə olan "KamAz" markalı yük avtomobilinə çırpıb.
Hadisə nəticəsində mopedin sürücüsü ağır xəsarət alıb. O, əraziyə çağırılan təcili yardım avtomobili ilə xəstəxanaya çatdırılıb.
Xəstəxanadan verilən məlumata görə, hələlik şəxsiyyəti məlum olmayan moped sürücüsü reanimasiya şöbəsinə aqonal vəziyyətdə yerləşdirilib.
Əraziyə polis əməkdaşları cəlb olunub. Nəqliyyat vasitələri evakuasiya edilib. Araşdırma aparılır.
Qalereya
Oxşar xəbərlər
Şəmkirdə ölüm hadisəsi baş verib
Şəmkir rayonunun Zəyəm qəsəbəsində ölüm hadisəsi baş verib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, 1959-cu il təvəllüdlü Azad Mahmudov bıçaq yarası ilə xə...