Bakıda moped avtomobillə toqquşub, ölən var

26
iyl
2025
15:52
Bakıda ölümlə nəticələn yol-nəqliyyat hadisəsi qəzası baş verib.
BAKU.WS report-a istinadən xəbər verir ki, Binəqədi rayonu Novxanı qəsəbəsi Heydər Əliyev küçəsində Kərimov Fərqan Taleh oğlu idarə etdiyi mopedlə ikinci dərəcəli yoldan əsas yola çıxan Həsənov Fəxri Bəxtiyar oğlunun idarə etdiyi "Chevrolet Malibu" markalı, 77-HC-529 dövlət-qeydiyyat nişanlı avtomobillə toqquşub.
Nəticədə mopedin sürücüsü F.Kərimov aldığı müxtəlif dərəcəli bədən xəsarətlərindən hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanılaraq ibtidai istintaq aparılır.
Oxşar xəbərlər
Ağdamda yol qəzasında 5 nəfər xəsarət alıb
Ağdamda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, "Shacman" markalı yük maşınının yol...